SOSİUM

Marsda çay və göllərin daşmasının izləri tapılıb
08 AVQUST
85

Marsda çay və göllərin daşmasının izləri tapılıb

2019-08-08 16:26:00

Amerikanın «Curiosity» roveri artıq 7 ildir ki, qırmızı planetin səthində yerləşir. Son zamanlar aparat planetdə çay və göllərin daşmasının izlərini qeydə almağa müvəffəq olub.

Fins.az-ın məlumatına görə, TED.az xarici mətbuata istinadən xəbər verir ki, «Curiosity» kosmik cihazı Qırmızı planetin səthində tam fəaliyyət göstərən yeganə cihazdır. Onun sələfi «Opportunity» güclü toz fırtınası səbəbindən fəaliyyətini dayandırdıqdan sonra vəziyyət daha da çətinləşib. Buna qədər cihaz Milli Aeronavtika İdarəsinə və ABŞ-ın Kosmik məkanının tədqiqinə 15 il uğurla xidmət etmişdi. «Curiosity» aparatı da sirli planet haqqında bir çox yeni məlumat əldə edə bilib. Məsələn, rover öyrənə bilib ki, bir zamanlar Marsda çoxlu su, xüsusilə, bir çox çay və göl mövcud olub. Cihaz su yataqlarının izlərini artıq çoxdan aşkar edib.

Cihaz Mars gilindən nümunə də götürüb. Bu nümunənin araşdırmasından sonra məlum olub ki, yataqlar suyun lap çox olduğu vaxtlarda bir neçə canlanma dövrü keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır