SOSİUM

Yeni sistemlə vətəndaş məhkəməyə getmədən qərar çıxartdıra biləcək - VİDEO
30 İYUL
90

Yeni sistemlə vətəndaş məhkəməyə getmədən qərar çıxartdıra biləcək - VİDEO

2019-07-30 10:26:00

Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanında “Elektron məhkəmə”, “Elektron icra” sistemlərinin tətbiqinin təkmilləşdirilməsi ilə bağlı ayrıca müddəalar yer alıb.

Fins.az Report-a istinadən xəbər verir ki, fərmanda “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılmasının təmin edilməsi, bu sistemdə dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması, fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviqi üçün tədbirlər görülməsi qeyd edilir. Məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi, məhkəmələrdə işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi də elektron məhkəmə sisteminin tərkib hissəsi olaraq tətbiq olunur.

Fərmandan irəli gələn tələblərə əsasən, Ədliyyə Nazirliyi iyulun 15-də “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarını təsdiq edib. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi bu Qaydalara uyğun olaraq həyata keçirilir.

İnformasiya Sistemi “Məhkəmə İşlərinin Elektron İdarəedilməsi Sistemi” və “Elektron Sənədlərin Dövriyyəsi Sistemi”ndən (“DMS”) ibarətdir. İnformasiya Sisteminin 7 gün 24 saat fəaliyyəti təmin olunur.

Həmçinin məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyən edilmiş müddətdə icrasının təmin edilməsi, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması məqsədilə ciddi tədbirlər görülməsi də fərmandakı proritet məsələlərdən biridir.

Bu sistemlərin təkmilləşdirilməsinin və yeni xidmətlərin tətbiqinin vətəndaşlar üçün müsbət nəticələri barədə Vəkillər Kollegiyasının üzvü Roman Qaraşaov "Report"a açıqlama verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır