SOSİUM

Bakıya gətirilən zibil konteynerlərinin qiyməti məlum olub
17 APREL
326

Bakıya gətirilən zibil konteynerlərinin qiyməti məlum olub

2019-04-17 14:32:00

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sifarışınə əsasən, Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti tərəfindən Bakı şəhərində məişət tullantılarının daşınması və idarə olunması konsepsiyasının hazırlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Fins.az-ın xəbərinə görə, bildirilib ki, həyata keçirilən işlər çərçivəsində BŞİH tərəfindən Monitorinq Mərkəzi yaradılıb.

Qeyd olunub ki, hazırda ölkəyə 1 540 ədəd plastik konteyner gətirilib. Konteynerlər Bakının 4 rayonunda (Səbail, Nərimanov, Yasamal və Nəsimi) qoyulub, daha 3 rayona (Binəqədi, Nizami və Xətai) bu konteynerlərin verilməsinə başlanılıb. Bu, mərhələli şəkildə həyata keçirilir.

"Report"un əldə etdiyi məlumata görə, bir ədəd konteynerin qiyməti 153 avrodur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265