SOSİUM

Qaradağda işıq olmayacaq – ƏHALİNİN NƏZƏRİNƏ
12 APREL
163

Qaradağda işıq olmayacaq – ƏHALİNİN NƏZƏRİNƏ

2019-04-12 10:34:00

Bu gün saat 12.30-dan 16-00-dək Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ-sol hissələrindəki həyət evlərinin elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq. 

Bu barədə Fins.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. 

Məlumata görə, fasilə 110 kVt-luq 5-ci Xırdalan hava EVX-i və 110/35/6 kv-luq 137 saylı Yarımstansiyada aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Yaranmış narahatçılığa görə “Azərişıq” istehlakçılarından üzr istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266