SOSİUM

Bu tələbələr təhsil haqqından azad edilməlidir – DEPUTAT
15 MART
166

Bu tələbələr təhsil haqqından azad edilməlidir – DEPUTAT

2019-03-15 14:33:00
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentdə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı əlilliyi olan tələbələrin təhsil haqqından azad edilməsini təklif edib.
Fins.az-ın məlumatına görə, komitə sədri bildirib ki, bununla həmin tələbələrin sosial rifahını yaxşılaşdırmaq olar: 
“Onlar daha çox qidalanmaya fikir verərlər. Həmin maliyyənin bir hissəsini Təhsil Nazirliyi, ayrı-ayrı universitetlər birlikdə qarşılaya bilərlər. Eləcə də, iş adamları bunu öhdəsinə götürə bilər. Bilirsiniz ki, ölkədə iş adamlarına bütün lazımi şərait yaradılıb”. 
© Azvision
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265