SOSİUM

Ötən il 56 mətbu nəşr uçota götürülüb – HESABAT
05 MART
78

Ötən il 56 mətbu nəşr uçota götürülüb – HESABAT

2019-03-05 15:06:00

 Ötən il Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin (KİV) sayı 5250-yə çatıb.

Fins.az-ın Report-a istinadən xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, ötən il 56 mətbu nəşr uçota götürülüb. Həmçinin, ötən il ərzində 2017-ci illə müqayisədə dövlət qeydiyyatına alınmış qeyri-kommersiya qurumlarının sayında artım olub. Belə ki, il ərzində qeydiyyata alınan qeyri-kommersiya qurumlarının sayı 169 təşkil edib.

Hazırda ölkədə qeyri-kommersiya qurumlarının sayı 4350 təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264