SOSİUM

Son 28 ildə Azərbaycanda havanın temperaturu 1,4 dərəcə yüksəlib
04 MART
116

Son 28 ildə Azərbaycanda havanın temperaturu 1,4 dərəcə yüksəlib

2019-03-04 16:56:00

“Azərbaycan dünyada su ehtiyatları az olan ölkələrdən biridir”.

Fins.az-ınOzu.az-a məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  şöbə müdiri Rasim Səttarzadə bildirib.

R. Səttarzadə  deyib ki, iqlim dəyişikliyi nəticəsində 1991-2017-ci illər ərzində Azərbaycanda havanın orta temperaturu 1,4 dərəcə yüksəlib və nəticədə atmosfer yağıntılarının miqdarı və bununla bilavasitə əlaqəli su ehtiyatlarımız da azalıb: “Su problemlərinin kəskinləşməsi ona gətirib çıxardı ki, 1992-ci ildə Rio-de-Janeyroda keçirilmiş BMT-nin Ətraf Mühit və İnkişaf Konfransında həyəcan təbili çalındı. Bundan sonra BMT Baş Assambleyasının qərarına əsasən 1993-cü ildən etibarən hər il martın 22-də Ümumdünya su günü qeyd olunmağa başladı. Bu günün keçirilməsində məqsəd su resurslarının qorunmasının təşviq olunmasıdır. İlk baxışda dünyada suyun çox olduğunu düşünmək olar. Çünki Yer kürəsinin 70 %-i su ilə əhatə olunub. Lakin bunun yalnız 2,5 %-i içməli sudur. Bilmək lazımdır ki, çayların payına ümumi su ehtiyatlarının cəmi 0,01 %-i düşür. Digər tərəfdən əhalinin sürətli artımı da su ehtiyatlarına təzyiqi artırır. Son 100 ildə sudan istifadə edənlərin sayı 7 dəfə artıb.  Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hamılıqla sudan qənaətlə, səmərəli istifadə olunmalı, su itkilərinə yol verilməməli, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalıdır. Biz gündəlik həyatımızda suya qənaət etməli, bunu davranış normamıza çevirməliyik, çünki XXI əsrin əsas problemlərindən biri məhz su problemi olacaq”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9005
  • ₽ RUB
    0.0263