SOSİUM

Zəlzələnin təsirindən Azərbaycanda bu 4 vulkan aktivləşə bilər – ADLARI
08 FEVRAL
186

Zəlzələnin təsirindən Azərbaycanda bu 4 vulkan aktivləşə bilər – ADLARI

2019-02-08 12:46:00

Fevralın 5-də Şamaxı-İsmayıllı bölgəsində baş verən zəlzələ Şamaxıda 3, Qobustanda 1 palçıq vulkanının aktivləşməsinə səbəb ola bilər.

Bunu AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Güclü zəlzələlərin vulkanların aktivləşməsinə təsir göstərdiyini söyləyən alim baş vermiş zəlzələ ilə əlaqədar Şamaxıda “Dəmirçi”, “Qızmeydan”, “Quşçu”, Qobustanda “Şıxzərli” vulkanlarında aktivləşmənin olacağını ehtimal edir:

“Əgər vulkan enerjisini toplayaraq püskürməyə hazır vəziyyətə gəlib çatıbsa və zəlzələ episentrindən 80-100 km radiusda olarsa, zəlzələ vaxtı yaranan gərginlik vulkanın püskürməsinə səbəb olur. Bu vulkanlar zəlzələ ocaqlarına yaxındırlar. Buna görə də bu vulkanların püskürəcəyini ehtimal edirəm. Ola bilər ki, aktivləşmə püskürmə şəklində olmasın, amma ümumilikdə vulkanın fəaliyyətində aktivləşmə yaransın və axınlar əmələ gəlsin”.

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində də zəlzələ qeydə alınıb.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266