SOSİUM

Milli Məclis fevral və martda daha 4 dəfə toplanacaq
05 FEVRAL
209

Milli Məclis fevral və martda daha 4 dəfə toplanacaq

2019-02-05 15:06:00

Milli Məclisin fevral və mart aylarında keçiriləcək iclaslarının vaxtı bəlli olub.

Fins.az-ın verdiyi məlumata görə, fevral ayında parlamentin daha iki iclası keçiriləcək.

Belə ki, fevralın 12-i və 22-də Milli Məclisin növbəti plenar iclaslarının keçirilməsi nəzərdə tutulub.

Mart ayının 5-də və 15-də isə parlamentin növbəti plenar iclaslarının keçirilməsi gözlənilir.

Martın 15-də keçiriləcək plenar iclasda  Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatı dinləniləcək.

Qeyd edək ki, fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk iclası keçirilmişdi. İclasın gündəliyinə 38 məsələ daxil edilmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır