SOSİUM

Daha bir ölkə erkən evliliyə qadağa qoydu
10 YANVAR
137

Daha bir ölkə erkən evliliyə qadağa qoydu

2019-01-10 09:34:00

 Səudiyyə Ərəbistanının məşvərət məclisi olan Məclis əş-Şura 15 yaşına çatmamış yeniyetmələrin nikaha girməsinin qadağan olunması ilə bağlı tələb irəli sürüb.

Fins.az xəbər verir ki, Şuranın “Twitter”dəki səhifəsində bu barədə məlumat verilib.

“İstər qız olsun, istərsə də oğlan, 15 yaşına çatmamış şəxslərlə nikah bağlamaq qadağan olunmalıdır”, - məlumatda qeyd olunub.

Bununla yanaşı, qurum 18 yaşına çatmamış yeniyetmələrin nikah məsələlərini ixtisaslı məhkəmələrə həvalə olunmasına razılıq verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256