SOSİUM

Bu rayonun su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq
08 YANVAR
334

Bu rayonun su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq

2019-01-08 12:08:00

rbaycan hökumətinin Asiya İnkişaf Bankı ilə birlikdə həyata keçirdiyi layihə çərçivəsində Qazaxda su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılacaq. 

Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. 

“İşlərə bu ilin I yarısında başlanılacaq. Həmçinin, beynəlxalq əməkdaşlıq çərçivəsində Almaniya İnkişaf Bankının (KFW) ayırdığı kreditlə bu il Gəncə və Şəkidə eyni işi davam etdirəcəyik. Bundan başqa, Səudiyyə İnkişaf Fondunun maliyyə dəstəyi ilə Xırdalanda su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması başa çatdırılacaq", - o qeyd edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.902
  • ₽ RUB
    0.0265