SOSİUM

İcazəsiz ova cəhd edən şəxslər saxlanılıb
25 DEKABR 2018
232

İcazəsiz ova cəhd edən şəxslər saxlanılıb

2018-12-25 17:14:00

Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Qaradağ rayonunda keçirilən reyd zamanı icazəsiz ova cəhd edən 2 şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Fins.az-a verilən xəbərə görə, araşdırma zamanı brakonyerlərin Qaradağ rayon sakini Ramil Məhəmmədeminov və Cəlilabad rayon sakini Tural Aslanov olduğu müəyyən edilib.

Onlardan 2 ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və onlara, ümumilikdə, 2000 manat məbləğində cərimə tətbiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272