SOSİUM

Milli Məclisin payız sessiyası bu həftə başa çatır, deputatlar tətilə çıxır
24 DEKABR 2018
200

Milli Məclisin payız sessiyası bu həftə başa çatır, deputatlar tətilə çıxır

2018-12-24 14:38:00

 Milli Məclisin deputatları bu həftə tətilə çıxır.

Fins.az xəbər verir ki, parlamentin 2018-ci il payız sessiyasının sonuncu plenar iclası dekabrın 28-də, həftənin cümə günü keçiriləcək.

Sonuncu iclasdan sonra deputatlar tətilə çıxacaq. Parlamentin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Dekabrın 29-u şənbə, 30-u isə bazar, dekabrın 31-i isə Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə təsadüf etdiyindən deputatlar 18 gün tətildə olacaqlar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272