SOSİUM

Azərbaycanın milli uşaq strategiyası Nazirlər Kabinetinə təqdim edilib
21 DEKABR 2018
97

Azərbaycanın milli uşaq strategiyası Nazirlər Kabinetinə təqdim edilib

2018-12-21 12:06:00

"Azərbaycan Respublikasının milli uşaq strategiyası hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib".

Fins.az xəbər verir ki, bunu "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. 

O bildirib ki, həmin layihəyə bütün dövlət qurumları baxıb: "Biz Nazirlər Kabinetinin 2019-cu ildə həmin layihəni təsdiqləyəcəyini gözləyirik".

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan dayanıqlı inkişaf məqsədləri ilə bağlı öhdəlik götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256