SOSİUM

Naxçıvanda orta aylıq əməkhaqqı 430 manata çatıb
20 DEKABR 2018
299

Naxçıvanda orta aylıq əməkhaqqı 430 manata çatıb

2018-12-20 09:32:00

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 430 manata çatıb.

Fins.az  xəbər verir ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faizçoxdur.

Qeyd edilir ki, muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2018-ci ilin yanvar-noyabr aylarında 435 milyon 597 min 600 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 383 milyon 314 min 400 ABŞ dolları təşkil edib, 331 milyon 31 min 200 ABŞ dollarıdəyərində müsbət saldo yaranıb.

Vəsait qoyuluşları çərçivəsində 2018-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 927 milyon 993 min manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 861 milyon 631 min manatı və ya 92,8 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

Qeyd edək ki, analoji dövrdə Naxçıvanda ümumi daxili məhsul istehsalı da artıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264