SOSİUM

Bakı bulvarında yeniliklər: "Qar adamı", xizəkli maral və daha nələr... – FOTOLAR
19 DEKABR 2018
321

Bakı bulvarında yeniliklər: "Qar adamı", xizəkli maral və daha nələr... – FOTOLAR

2018-12-19 11:30:00

Dənizkənarı Milli Parkda Yeni il hazırlıqları artıq yekunlaşmaq üzrədir. Fins.az xəbər verir ki, bunu Trend-ə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı deyib.

Onun sözlərinə görə, bayram günlərində İdarə paytaxt sakinləri və qonaqlara maraqlı proqramlar təqdim edəcək:

"Dənizkənarı Bulvar İdarəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Milli Parkda hazırlıqları davam etdirir. Artıq Dənizkənarı Milli Park ərazisi boyunca ağaclar çilçıraqlarla bəzədilib. Kukla teatrının arxasında, bulvar ərazisində olan meydanda yolka qurulub, teatrın yanında, yeraltı keçidin önündə bulvar ərazisi istiqamətində işıqlarla bəzədilən, uzunluğu 35 m, eni 4.3 m və hündürlüyü 5 m olan tunel quraşdırılıb. Tunelin qurtaracağında, təxminən 30 m məsafədə diametri 5 m olan, işıqlarla bəzədilən şar quraşdırılıb. Şarın yaxınlığında Yeni ilin rəmzi olan maral qoşulmuş xizək, işıqlarla bəzədilmiş retro maşınlar qoyulacaq".

G.Yelmarqızı bildirib ki, ərazidə işıqlarla bəzədilmiş, iri ölçüdə rəmzi hədiyyə qutuları və “Qar adamı” da quraşdırılacaq:

"Bulvardakı gəzinti qatarları və retro maşınlar bəzədiləcək, Neftçilər prospekti boyu işıq dirəklərində Azərbaycan bayrağı əks olunacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264