SOSİUM

Azərbaycanda şagirdlərin sayı 230 mindən çox artıb
18 DEKABR 2018
70

Azərbaycanda şagirdlərin sayı 230 mindən çox artıb

2018-12-18 12:11:00

Son 5 ildə Azərbaycanda şagirdlərin sayı 230 mindən çox artaraq 1 milyon 500 min nəfəri ötüb.

Fins.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, son 5 ildə Azərbaycanda 1-ci sinfə gedən şagirdlərin sayı 27 min nəfər artıb.

2013-cü ildə 1-ci sinfə gedən şagirdlərin sayı 138 min nəfər olduğu halda, bu il onların sayı 165 min nəfərdən çox olub.

Bu tədris ilində 2140 sinifdə 47930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib. Bu da 10-11-ci siniflərdə təhsil alanların 28 faizini təşkil edir.

Son illərdə bütün imtahan fənlərdindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50 faizdən 67 faizədək yüksəlib, imtahan nəticələri 17 faiz artıb.

Son 5 ildə ölkədə müəllim-şagird nisbəti yüksələrək 8,5-dən 10,5-ə çatıb.

Qeyd edilən müddətdə Azərbaycan şagirdləri beynəlxalq fənn olimpiadalarında 3 qızıl, 28 gümüş, 100 bürünc medal olmaqla, ümumilikdə 131 medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256