SOSİUM

Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək
06 DEKABR
70

Baş prokuror Xızıda vətəndaşları qəbul edəcək

2018-12-06 12:26:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralov dekabrın 15-də saat 10:00-da Xızı Rayon Prokurorluğunun inzibati binasında Sumqayıt şəhərinin, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarının sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən  bildiriblər ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Xızı rayonuna gəlmələri müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256