SOSİUM

Bu kəndə təbii qaz veriləcək
04 DEKABR
69

Bu kəndə təbii qaz veriləcək

2018-12-04 10:08:00

Yaxın vaxtlarda Marneuli rayonunun Kirəc Muğanlı kəndi təbii qazla təmin olunacaq.

Fins.az xəbər verir ki, bu barədə mətbuata Gürcüstan parlamentinin Marneuli rayonundan olan azərbaycanlı deputatı Ruslan Hacıyev deyib.

O bildirib ki, SOCAR-ın Gürcüstan nümayəndəliyi bu ölkədə əhalinin, xüsusən də azərbaycanlıların yığcam yaşadığı bölgələrin təbii qazla təmin olunmasını davam etdirir. Hazırda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Kirəc Muğanlı kəndinə qaz xətti çəkilir: “Gürcüstan-Azərbaycan sərhədinin yaxınlığında yerləşən Kirəc Muğanlıda təxminən 1300 nəfər yaşayır. Yaxın vaxtlarda onların təbii qaz problemi öz həllini tapacaq”.

©AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255