SOSİUM

Havası ən çox çirkli olan ölkələrin adları açıqlanıb
20 NOYABR
132

Havası ən çox çirkli olan ölkələrin adları açıqlanıb

2018-11-20 10:44:00

Nepal və Hindistan ən yüksək çirklənmiş hava konsentrasiyası olan ölkələrdir.

Fins.az xəbər verir ki,  bu barədə ABŞ-ın Çikaqo Universitetinin Enerji Siyasəti İnstitutu tərəfindən aparılan araşdırmada deyilir.

Araşdırmanın nəticələrinə görə, bu ölkələrdə havanın çirkli olması yerli sakinlərin ömrünü, təxminən, 4 il qısaldır. Eyni zamanda, Hindistanın Bihar, Uttar Pradeş ştatlarında havanın çirklənmə dərəcəsi daha yüksək olduğundan insan həyatının qısalan hissəsi 6 ildir.

Araşdırmada bildirilir ki, dünyada, təqribən, 5,5 milyard insan havanın çirklilik səviyyəsinin ÜST normalarından artıq olduğu bölgələrdə yaşayır. Bununla belə qeyd edilir ki, Asiya bu göstərici üzrə rekordçudur. 

Eləcə də bax:5 gün iş olmayacaq

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255