SOSİUM

Azərbaycan millisi həlledici oyuna çıxır
20 NOYABR
89

Azərbaycan millisi həlledici oyuna çıxır

2018-11-20 09:28:00

Bu gün, noyabrın 20-də, Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində həlledici oyuna çıxacaq.

Fins.az-ın xəbərinə görə, Qurban Qurbanovun yetirmələri Priştinadakı “Fadil Vokrri”stadionunda Kosovo yığması ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

D liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi beş turdan sonra doqquz xalla ikinci pillədə qərarlaşıb. Qrupa 11 xalla Kosovo yığması başçılıq edir. Farer adaları dörd xalla üçüncü, Malta isə iki xalla dördüncü yerdədir.

Azərbaycan millisi Avropa çempionatına vəsiqə uğrunda mübarizəni davam etdirmək üçün bu gün Kosovoda mütləq qələbə qazanmalıdır.

 

 

oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256