SOSİUM

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzerGold" arasında ANLAŞMA
26 OKTYABR
134

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzerGold" arasında ANLAŞMA

2018-10-26 10:43:00

Oktyabrın 25-də “Çovdar” filiz emalı sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “AzerGold” QSC arasında anlaşma memorandumu imzalanıb.

Fins.az xəbər verir ki, bu barədə  “AzerGold”dan bildirilib. 

Məlumata görə, əməkdaşlığı genişləndirmək və yeni parametrlər çərçivəsində optimallaşdırmaq, elmi-texniki inkişafı dəstəkləmək, geoloji-kəşfiyyat və dağ-mədən sənayesi sahələrində qanunvericilik bazasının təkmilləşdirilməsinə önəmli töhfə vermək məqsədlərini əhatə edən memorandumu Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev və “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov imzalayıblar. Memorandum çərçivəsində ölkə ərazisində mövcud filiz yataqlarının tədqiqi, kəşfiyyatı, işlənməsi, bu sahədə yeni texnologiyaların tətbiqi, “AzerGold”un istifadəsində olan bir sıra faydalı qazıntı yataqlarının geoloji kəşfiyyatında birgə fəaliyyət, əlvan metal filizi yataqları üzrə məlumatların rəqəmsallaşdırılması və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.

Memorandum imzalandıqdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri 24 saat fəaliyyət göstərən “Çovdar” Filiz Emalı sahəsinin işi ilə tanış olub, aparılan metallurji testlər, laborator analizlər, geofiziki və geoloji tədqiqatlar, çöl sınaqlaşdırma və buruq-qazma işləri haqqında ətraflı məlumat əldə ediblər. Əraziyə baxış zamanı “AzerGold”un ekoloji siyasətinə uyğun həyata keçirilən tədbirlər haqqında da söhbət açılıb. “AzerGold” tərəfindən bildirilib ki, monitorinq proqramı çərçivəsində hasilat və mədən sahələrində ekoloji tədbirlər həyata keçirilir, istehsalat prosesi nəticəsində formalaşan bütün növ tullantılar qanuna müvafiq şəkildə idarə olunur, istehsalat sahəsi və ətraf ərazilərdə mütəmadi olaraq yaşıllaşdırma və iməclik tədbirləri keçirilir. Həmçinin ətraf qəsəbələrdə həyata keçirilən sosial layihələr və əhaliyə dəstək kampaniyaları haqqında da qonaqlara ətraflı məlumat verilib.

Qeyd edək ki, “AzerGold” “Çovdar” filiz emalı sahəsində hasilata 2016-cı ildə başlayıb. Bu günədək aparılan hasilat işləri nəticəsində 93 min unsiya qızıl və 142 min unsiya gümüşün ixracından ölkə iqtisadiyyatı təqribən 205 mln. manat gəlir əldə edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258