SOSİUM

Yenikənd su anbarında balıq ehtiyatına ziyan vuran şəxs saxlanılıb
25 OKTYABR
132

Yenikənd su anbarında balıq ehtiyatına ziyan vuran şəxs saxlanılıb

2018-10-25 16:01:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Yenikənd su anbarında balıq ovlayan şəxsi saxlayıblar.

Fins.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, araşdırma zamanı icazəsiz ov edən şəxsin Şəmkir rayon sakini Rauf Qəmbərov olduğu müəyyənləşib. Ondan müxtəlif növ balıq, ov alətləri və rezin qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyer barəsində 451 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

 Eləcə də bax:Eks nazirdən gözlənilən AÇIQLAMA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258