SOSİUM

Deputat: "Bu qədər universitetə nə ehtiyac var?"
02 OKTYABR
112

Deputat: "Bu qədər universitetə nə ehtiyac var?"

2018-10-02 10:52:00

Millət vəkili Fazil Mustafa Azərbaycanda ali məktəblərin sayının azaldılmasını təklif edib.

Fins.az xəbər verir ki, bu barədə  millət vəkili Fazil Mustafa sosial şəbəkədə paylaşıb edib.

O bu təkliflə parlamentin bugünkü iclasında çıxış edib. Deputat qeyd edib ki, universitetlərin çoxunu birləşdirmək lazımdır:

"Azərbaycanda bu qədər ali məktəbə, universitetə nə ehtiyac var? Onların çoxunu birləşdirmək lazımdır. Əgər bu ali məktəblər, sadəcə diplom almaq, diplom vermək üçün olacaqsa, o zaman nə təhsildən, nə də savaddan danışmağa dəyər. Bunlara son qoyulmalıdır”.

 Eləcə də bax:Ukrayna Rusiyaya borc ödəməkdən imtina etdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259