SOSİUM

Azərbaycanda ekoloji polisin yaradılması təklif edilir
01 OKTYABR
164

Azərbaycanda ekoloji polisin yaradılması təklif edilir

2018-10-01 16:38:00

Azərbaycanda ekoloji polisin yaradılması zəruridir.

Fins.az Trend-in məlumatına  əsasən xəbər verir ki, bu təkliflə deputat Elmira Axundova Milli Məclisin bu gün keçirilən iclasında deyib.

E.Axundova qeyd edib ki, ekoloji polis Daxili İşlər Nazirliyinin və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərə bilər.

Millət vəkili bildirib ki, bu qurum ekologiya və ətraf mühitin monitorinqini və mühafizəsini təşkil etməli, eyni zamanda ətraf mühitin çirklənməsini və digər bu kimi əməlləri vaxtında aşkar edərək profilaktik tədbirlər görməlidir.

 Eləcə də bax: Könlü balıq istəyələr, bu bileti mütləq almalısınız!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256