SOSİUM

ETNS-dən şad hava xəbəri
28 SENTYABR
205

ETNS-dən şad hava xəbəri

2018-09-28 14:32:00
Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir  tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Fins.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 14-18, gündüz 21-24, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 767 mm  civə sütunundan  761  mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17, gündüz  22-27, dağlarda gecə 7-12, gündüz  13-18 dərəcə isti təşkil edəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260