SOSİUM

Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitlə bağlı dəyişiklik
20 SENTYABR
236

Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitlə bağlı dəyişiklik

2018-09-20 11:48:00

Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə qaydasında dəyişikliklər edilib.

Nazirlər Kabineti “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişikliklər edib.

Fins.az-ın məlumatına görə, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Dəyişikliyə əsasən,Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının madditexniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 3.2.6-cı yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.7-ci yarımbənd əlavə edilib.

Bu bəndə əsasən, büdcədənkənar vəsaitdən Vergilər Nazirliyinin təsisçisi olduğu və ya idarəetməsində olan kütləvi informasiya vasitələrinə, o cümlədən sahibi olduğu internet informasiya ehtiyatlarına maliyyə yardımının ayrılması üçün də istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259