SOSİUM

Gələn il üçün Günəş tutulmalarının vaxtı açıqlandı
17 SENTYABR
126

Gələn il üçün Günəş tutulmalarının vaxtı açıqlandı

2018-09-17 15:52:00

Fins.az xəbər verir ki, bu barədə  Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.

ŞAR-ın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə, gələn il 3 Günəş tutulması hadisəsi (qismən, tam və həlqəvari) baş verəcək.

Belə ki, ilk Günəş tutulması 2019-cu il yanvarın 6-da Bakı vaxtı ilə saat 03:34-də başlayacaq, 05:40-da maksimum həddə çatacaq, 07:49-da isə sona çatacaq.

Növbəti Günəş tutulması 2019-cu il iyulun 2-də yerli vaxtla saat 20:55-də baş verəcək və iyulun 3-də 01:50-də sonlanacaq.

Sonuncu Günəş tutulması isə 2019-cu il dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da start götürəcək və 12:06-da yekunlaşacaq. Bakıda 08:03-dən 08:52-yə qədər səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260