SOSİUM

Sabaha olan – HAVA PROQNOZU
07 SENTYABR
133

Sabaha olan – HAVA PROQNOZU

2018-09-07 12:51:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Sentyabrın 08-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, şimal-qərb  küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturunun Abşeron yarımadasında gecə18-22, gündüz 27-32,  Bakıda gecə18-20, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 755 mm civə sütunudan 760 mm civə sütununa yüksələcək, nisbi rütubətgecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

Sentyabrın 08-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək.Şimal-qərb  küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

Sentyabrın 08-də hava şəraitininyağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək,  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz  30-35, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 08-09-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255