SOSİUM

Dövlət qulluğu vəzifəsində çalışanlara pensiya üçün minimum qulluq stajı məlum oldu
29 AVQUST
1854

Dövlət qulluğu vəzifəsində çalışanlara pensiya üçün minimum qulluq stajı məlum oldu

2018-08-29 10:37:00

Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” Prezidentin 2003-cü il 22 oktyabr tarixli 936 nömrəli Fərmanında  aşağıdakı dəyişikliklər edilib:

– adında “dövlət qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il)” sözləri ilə əvəz edilsin.

Qeyd edək ki, bundan öncə bu “Müəyyən edilsin ki, müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına , əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına axırıncı əsas vəzifəsi üzrə dövlət məvacibinin 15 faizi miqdarında ömürlük müavinət təyin edilir.” kimi fərmanda öz əksini tapmışdı.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249