SOSİUM

Dövlət İmtahan Mərkəzi: ali məktəblərə ixtisas seçən 25 668 nəfər ərizəsini təsdiq edib
06 AVQUST
178

Dövlət İmtahan Mərkəzi: ali məktəblərə ixtisas seçən 25 668 nəfər ərizəsini təsdiq edib

2018-08-06 12:16:00

Ali məktəblərə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən Fins.az-a bildirilib ki, saat 12.00-a olan məlumat əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 7926, II ixtisas qrupu üzrə 5828, III ixtisas qrupu üzrə 6904, IV ixtisas qrupu üzrə 2232 nəfər ərizəsini təsdiq edib.

I ixtisas qrupu rus bölməsi üzrə 786, II ixtisas qrupu üzrə 650, III ixtisas qrupu üzrə 583, IV ixtisas qrupu üzrə 232 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda isə ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 550 nəfərdir.

Ümumilikdə bütün ixtisas qrupu üzrə 25 668 nəfər ərizəsini təsdiq edib.

Xatırladaq ki, müsabiqəyə yalnız iyulun 30-dan avqustun 13-dək elektron ixtisas seçimi ərizələrini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259