SOSİUM

Nazirlik çimərliklərə gedən sakinləri ehtiyatlı olmağa çağırıb – XƏBƏRDARLIQ
15 İYUL
170

Nazirlik çimərliklərə gedən sakinləri ehtiyatlı olmağa çağırıb – XƏBƏRDARLIQ

2018-07-15 15:46:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyunun 16-da gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sakinlərə xəbərdarlıq edib.

Departamentdən "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək.

"Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 25-26° isti olacaq. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olmalıdırlar", - deyə məlumatda bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254