SOSİUM

Nazirlik bioloji resurslara vurulan ziyana görə 41 min manatdan çox iddia qaldırıb
05 İYUL
153

Nazirlik bioloji resurslara vurulan ziyana görə 41 min manatdan çox iddia qaldırıb

2018-07-05 09:38:00

Bu ilin 6 ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə araşdırma aparılıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı qanun pozuntularına görə 63 akt və 79 protokol tərtib edilib. Tədbir görülməsi üçün 68 iş hüquq-mühafizə orqanlarına göndərilib.

Qanunu pozan şəxslərdən 35 üzmə vasitəsi, 11 ədəd asma qayıq mühərriki, 638 ədəd qanunsuz ov aləti tor və 1880 ədəd qarmaq, 2161 ədəd müxtəlif növ balıqlar, su bioresursu olan 1103 ədəd qurbağa və 1341 ədəd krevet götürülüb.

Bioloji resurslara vurulan ziyana görə 41932 manat məbləğində iddia qaldırılıb, 11500 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255