SOSİUM

Temperatur 44 dərəcə olacaq – FAKTİKİ HAVA
04 İYUL
267

Temperatur 44 dərəcə olacaq – FAKTİKİ HAVA

2018-07-04 10:14:00

 "Səhər saat 09:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın faktiki temperaturu 34-36 dərəcə təşkil edib".

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında zəif dəyişkən istiqamətli külək əsir.

Direktor qeyd edib ki, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq: "Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gündüz 39-41 dərəcə isti olacağı gözlənilir".

Rayonlarda müşahidə olunan hava şəraitinə gəlincə, nazirlik rəsmisi bildirib ki, gün ərzində rayonlarda hava şəraiti günəşli olacaq: "Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gündüz 39-44, dağlarda gündüz 28-33 dərəcə isti olacağı gözlənilir".

G.Məmmədova bildirib ki, anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9817
  • ₽ RUB
    0.0273