SOSİUM

İyul ayına olan – HAVA PROQNOZU
29 İYUN
538

İyul ayına olan – HAVA PROQNOZU

2018-06-29 15:49:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə iyul ayının birinci ongünlüyünün ortalarında temperaturun iqlim normasına yaxın və havanın nisbətən sərin keçməsinə baxmayaraq, ümumiyyətlə, ay ərzində orta aylıq temperaturun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir. İyul ayının birinci ongünlüyündə arabir güclənən şimal-qərb küləyi üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 26-29dərəcə isti (gecələr23-28,gündüzlər 36-41, bəzi günlərdə30-34dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın(norma2-3mm)olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun26-29dərəcə isti (gecələr20-25, gündüzlər32-37, bəzi günlərdə39-41dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından2-3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədəraz olacağı (norma 6-16mm)gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 18-22dərəcə isti(gecələr 15-20, gündüzlər 23-28, bəzi günlərdə30-35dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma36-73 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun26-28 dərəcə isti (gecələr 21-26, gündüzlər 32-37,bəzi günlərdə 39-41dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (10-32 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun24-27 dərəcə isti(gecələr20-25, gündüzlər 29-34, bəzi günlərdə37-39dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxınolacağı (norma 9-118 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 26-29dərəcə isti (gecələr22-27, gündüzlər35-39, bəzi günlərdə41-43dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2-3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma3-22 mm)olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun23-27dərəcə isti (gecələr20-25, gündüzlər 32-37,bəzi günlərdə40dərəcə isti)olacağı gözlənilir ki, bu da iqlim normasından 1-2dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 7-33mm)olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259