SOSİUM

“Azərsu” gücləndirilmiş iş rejiminə keçir
14 İYUN
175

“Azərsu” gücləndirilmiş iş rejiminə keçir

2018-06-14 14:47:00

15 iyun - Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az-a verilən məlumata görə, bununla əlaqədar qurumda  və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq. Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək.

İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə müraciət etsinlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267