SOSİUM

Nazir məktəblərdə tədris proqramının dərs ili başa çatmadan bitməsinə münasibət bildirib
14 İYUN
464

Nazir məktəblərdə tədris proqramının dərs ili başa çatmadan bitməsinə münasibət bildirib

2018-06-14 14:45:00

 Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil müəssisələrində tədris proqramının dərs ili başa çatmadan bitməsinə münasibət bildirib.

Fins.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında üç il bundan əvvəl ölkə ərazisində dərs ili müddətinin iki həftə uzadılmasını xatırladıb.

Nazir bildirib ki, bununla bağlı həmin müddət üçün tərtib olunan dərsliklərin, eləcə də müəllimlər üçün metodiki vəsaitin hamısı 34 dərs həftəsi üçün hesablanıb: "Hələ dərs ilinin uzadılmasından əvvəl hazırlanan dərsliklərlə bağlı Təhsil Nazirliyinin nəzdində Təhsil İnstitutu xüsusi tövsiyələr hazırlayaraq bütün rayon təhsil şöbələrinə, həmçinin məktəblərə materialın 34 həftə ərzində şagirdlərə təqdim edilməsi barədə geniş məlumatlar vermişdi". 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254