SOSİUM

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyinin işçilərinin say həddi müəyyən edilib
01 İYUN
249

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyinin işçilərinin say həddi müəyyən edilib

2018-06-01 22:45:00

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyinin işçilərinin say həddi müəyyən edilib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı |Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyinin işçilərinin say həddinin müəyyən edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğvi barədə” qərar verib.

Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyinin işçilərinin say həddi 7 vahid müəyyən edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın sədrinə müəyyən edilmiş işçilərin say həddi daxilində Katibliyin ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində Katibliyin xərclər smetasını təsdiq etmək tapşırılıb. Katiblik Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati ərazisində yerləşdirilməklə, həmin Katibliyin maddi-texniki təminatı, maliyyə əməliyyatlarının aparılması, işçilərinin sosial müdafiəsi və kadr qeydiyyatının həyata keçirilməsi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təmin ediləcək.

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmanda İdarələrarası Komissiyanın fəaliyyətinin təmin edilməsi üçün İdarələrarası Komissiyanın Katibliyinin yaradılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267