SOSİUM

İyunun 1-dən hava yenidən sərinləşəcək – RƏSMİ
31 MAY
320

İyunun 1-dən hava yenidən sərinləşəcək – RƏSMİ

2018-05-31 10:02:00

İlkin proqnozlara görə, iyunun 1-i axşamdan başlayaraq, ölkə ərazisində temperatur yenidən enəcək.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, iyunun 1-də gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Lakin iyunun 1-i axşamdan başlayaraq temperatur 3-5 dərəcə enəcək, nəticədə iyunun 2-3-də Bakı və Abşeron yarımadasında nisbətən sərin hava şəraiti müşahidə ediləcək. Həmin günlərdə temperaturun müsbət 22-25 dərəcə olacağı gözlənilir.

U.Tağıyeva qeyd edilən müddətdə respublikanın rayonlarında da sərin hava şəraitinin gözlənildiyini söyləyib.

Sektor müdiri əlavə edib ki, iyunun 5-dən temperatur yenidən yüksələcək.

Eləcə də bax: Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249