SOSİUM

“Məmməd Əmin Rəsulzadə: siyasi portret” kitabı işıq üzü gördü
31 MAY
101

“Məmməd Əmin Rəsulzadə: siyasi portret” kitabı işıq üzü gördü

2018-05-31 09:39:00

TEAS Press Nəşriyyat Evi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilədövlətçilik tarixinə dair kitabların nəşrini davam etdirir.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Bu günlərdə Cümhuriyyət tarixinə dair daha bir fundamental əsər – “Məmməd Əmin Rəsulzadə: siyasi portret” kitabı çapdan çıxıb. Kitab Azərbaycanın XX əsrdə yaşayıb-yaratmış ən parlaq tarixi simalarından biri olan Məmməd Əmin Rəsulzadənin həyatına və siyasi fəaliyyətinə həsr olunub. Tədqiqat əsərində Məmməd Əmin Rəsulzadənin siyasətə gəldiyi ilk günlərdən mühacirət həyatına qədər davam edən fəaliyyətinin müxtəlif dövrləriişıqlandırılır. Əsərdə onun keşməkeşli həyat sürməsinə baxmayaraq, son nəfəsinədək milli ideallar uğrunda prinsipial mübarizə aparması öz əksini tapıb.

Kitabda M.Ə.Rəsulzadənin 1917-1920-ci illərdəki fəaliyyətinə xüsusi yer ayrılıb. Bu illərdə Azərbaycan türklərinin azadlıq mübarizəsinin lideri olan Məmməd Əmin Rəsulzadətəkcə milli hərəkatın strateji xəttini müəyyənləşdirməklə kifayətlənməyərək, müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və möhkəmlənməsi prosesinə bilavasitə rəhbərlik edib.

Əsərdə M.Ə.Rəsulzadənin mühacirət həyatının bir çox qaranlıq səhifələri son dövrlərdə müxtəlif ölkələrin arxivlərində aşkarlanmış tarixi sənədlər əsasında tədqiq olunub. M.Ə.Rəsulzadənin Azərbaycan və Qafqaz mühacirlərinin müxtəlif nümayəndələri ilə heç də hamar olmayan münasibətlərinə, onun sovet imperiyasının məzlum xalqlarının birliyinə nail olmaq, beləliklə, bolşevik rejimi ilə mübarizədə onların vahid cəbhəsini formalaşdırmaq istiqamətindəki səylərinə xüsusi önəm verilir.

Kitabın müəllifi Cümhuriyyət tarixinin araşdırıcısı,tarix elmləri doktoruAydın Balayevdir. O hələ SSRİ zamanında Azərbaycan Xalq Cümhuriyyəti barədə çıxan ilk kitablardan birinin müəllifidir. Daha sonra onun bir çox ölkələrdə – Rusiya, Almaniya və ABŞ-da kitabları və elmi məqalələri nəşr olunub. Müəllifin“TEAS Press” Nəşriyyat evi tərəfindən nəşr edilən “Məmməd Əmin Rəsulzadə: siyasi portret” əsəri nəşriyyatın “Məşhurların həyatı” adlı yeni seriyasından ilk kitabdır. Türkiyədə nəfis şəkildə çap edilən əsər rus dilindədir. Nəşriyyat gələcəkdə bu seriyadan digər məşhurların da həyatı və fəaliyyəti ilə bağlı kitablarınnəşrini planlaşdırır. 

Dahaətraflıməlumat:www.teaspress.az

www.instagram.com/teaspressaz

www.facebook.com/teaspress

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269