SOSİUM

Universitetlərin nəzdində kolleclər açılacaq - Təhsildə YENİLİK
23 MAY
189

Universitetlərin nəzdində kolleclər açılacaq - Təhsildə YENİLİK

2018-05-23 16:07:00

Azərbaycanda ali məktəblərin nəzdində kolleclər yaradılacaq.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az-ın məlumatına görə, bununla bağlı “Təhsil haqqında” qanunun 21-ci maddəsinə ( Orta ixtisas təhsili) 21.2-1-ci yeni maddə əlavə edilir.

Dəyişikliyə görə, ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili həyata keçirlə bilər.  Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanun layihəsi sabah- mayın 24-də Milli Məclisin Elm və təhsil komitəsinin  keçiriləcək iclasında müzakirə ediləcək.

Eləcə də bax: Pensiyaların hesablara köçürülməsi yaxın günlərdə təmin olunacaq – NAZİRLİK

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267