SOSİUM

Azərbaycanda çoxuşaqlı ailə məfhumunun 5-dən 3-ə endirilməsi təklif olunur
23 MAY
294

Azərbaycanda çoxuşaqlı ailə məfhumunun 5-dən 3-ə endirilməsi təklif olunur

2018-05-23 12:24:00

Azərbaycanda çoxuşaqlı ailə məfhumunun 5-dən 3-ə endirilməsi təklif olunur.

APA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli çıxış edib.

O qeyd edib ki, buna səbəb müasir dövrdə ailələrdə uşaq sayının kəskin azalmasıdır: “Bununla bağlı hesab edirəm ki, Azərbaycanda əhalinin təbii artımı 1,2-1,3 olduğu üçün demoqrafik baxımdan problem yoxdur”.

H. Rəcəbli təklif edib ki, Azərbaycana nikaha girənlərə nikah rəsmiləşdirilməsindən əvvəl bir ay vaxt verilsin: "Həmin bir ay müddətində gənclər üçün VVAQ şöbələrində kurslar təşkil edilsin və onlara ailənin necə olduğu, ailə dəyərləri başa salınsın. Biz nikah məsuliyyətini insanlara yenə də çatdırmalıyıq”.

Eləcə də bax: Azərbaycanda hər il qeyri-rəsmi nikahdan 2000-ə yaxın uşaq doğulur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257