SOSİUM

Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçiminin müddəti uzadılıb
17 MAY
226

Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçiminin müddəti uzadılıb

2018-05-17 16:42:00

Dövlət İmtahan Mərkəzi (DİM) bakalavrlara müraciət edib.

DİM-dən Fins.az-a verilən məlumata görə, Mərkəzlə Təhsil Nazirliyi arasında əldə edilmiş razılığa əsasən magistraturaya 56 nömrəli qəbul proqramına aid olan Biznesin təşkili və idarə edilməsi (idarəetmədə informasiya sistemləri üzrə) və Biznesin təşkili və idarə edilməsi (iqtisadi informatika, tədris ingilis dilində) ixtisaslaşmalarına qəbul olmaq istəyən, cari ildə magistraturaya qəbul imtahanının I mərhələsində 40 və daha artıq bal toplamış bakalavrlara həmin proqramı seçməyə icazə vermək qərara alınıb. 

Bildirilib ki, həmin ixtisaslaşmalardan tədrisi ingilis dilində aparılanlarını seçmək üçün isə I mərhələ üzrə minimum 40 bal toplamaqla yanaşı, ingilis dili üzrə 15 və daha artıq bal toplamaq da tələb olunur.

Bundan əlavə, magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçimi 18 may saat 10:00-dək uzadılıb.

Bakalavrlar qeyd olunan vaxtadək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Eləcə də bax:İyun ayına olan qeyri-iş günləri – AÇIQLANDI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259