SOSİUM

Dünyada ən təmiz havaya malik ölkənin adı açıqlanıb
03 MAY
1006

Dünyada ən təmiz havaya malik ölkənin adı açıqlanıb

2018-05-03 15:17:00

 Ümumdünya Sağlamlıq Təşkilatının (ÜST) araşdırmalarına əsasən, dünyada ən yaxşı, keyfiyyətli hava Finlandiyadadır.

Fins.az xəbər verir ki, Finlandiyada 1 kubmetr havada toz mikrohissəciklərinin miqdarı orta hesabla 6 mikroqram təşkil edir və bu, dünyada ən aşağı göstəricidir.

Reytinqdə lider mövqelərdə həmçinin Estoniya, İsveç, Norveç və İslandiya da yer alıb.

ÜST ekspertləri qeyd edirlər ki, ən keyfiyyətsiz hava Orta və Uzaq Şərq, eləcə də Afrika ölkələrində qeydə alınıb.

Araşdırmalarda bu ölkələrdə havadakı toz hissəciklərinin miqdarının reytinqin liderləri ilə müqayisədə 10 dəfə çox olduğu göstərilir.

ÜST-nin məlumatına görə, keyfiyyətli hava ilə bağlı ən ciddi problemlər Uqanda, Monqolustan, Qətər və Kamerunda qeydə alınıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256