SOSİUM

Gələn ay Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq
03 MAY
567

Gələn ay Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq

2018-05-03 15:11:00

İyun ayında Azərbaycan xalqının Milli Qurtuluş günü və Ramazan bayramı ilə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq. Fins.az-ın xəbərinə görə, iyunun 15-də Milli Qurtuluş günü ilə əlaqədar qeyri-iş günüdür. Ayın 15-16-da isə ölkədə Ramazan bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, iyunun 15-də Milli Qurtuluş günü ilə Ramazan bayramı eyni günə düşdüyündən, bundan başqa, iyunun 16-sı da şənbə gününə təsadüf etdiyindən ayın 18-19-da da iş olmayacaq. Beləliklə, ölkədə ardıcıl - iyunun 15-i, 16-sı, 17-si (bazar günü), 18-i, 19-u qeyri-iş günüdür. Növbəti iş günü iyunun 20-də olacaq. İyunun 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü olduğundan həmin gün qeyri-iş günüdür.
© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253