SOSİUM

“Əlilliyin qiymətləndirilməsində süründürməçilik və süni maneələr aradan qaldırılacaq” – NAZİR
01 MAY
603

“Əlilliyin qiymətləndirilməsində süründürməçilik və süni maneələr aradan qaldırılacaq” – NAZİR

2018-05-01 16:36:00

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə nazirlikdə əlilliyin qiymətləndirilməsi ilə bağlı proseslərin təkmilləşdirilməsi, həmçinin müvafiq elektron sistemlərin imkanlarının genişləndirilməsi vasitəsilə vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, əlilliyi olan şəxslərin reabilitasiyası və onların cəmiyyətə inteqrasiyası ilə bağlı zəruri işlərin görülməsi məqsədilə işçi qrupu yaradılıb.

Bu barədə Fins.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İşçi qrupunun bu gün keçirilən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq işçi qrupunun nümayəndələrinin də iştirak etdiyi ilk iclasında S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin sosial inkişaf kursuna uyğun olaraq, ölkədə sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olan şəxslərin sosial müdafiəsinə, onların tibbi-sosial reabilitasiyasına xidmət edən tədbirlərin ildən-ilə gücləndirildiyini vurğulayıb. Nazir bildirib ki, əlilliyi olan vətəndaşlara dövlətin qayğısının daim artırılması ilə yanaşı, əlillik qruplarının təyin olunmasında tam şəffaf mühitin formalaşdırılması, müvafiq xidmət sektorunda vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması üçün əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi də diqqətdə saxlanılacaq. Nazirlikdə müvafiq işçi qrupunun yaradılması da bu məqsədə xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273