SOSİUM

"Azərsu" ölkə ərazisində daha 13 subartezian quyusu qazacaq
16 APREL
270

"Azərsu" ölkə ərazisində daha 13 subartezian quyusu qazacaq

2018-04-16 13:51:00

Azərbaycanın 13 rayonunun 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsində 13 subartezian quyusu qazılacaq, 195 km su xətti çəkiləcək.

Bunu  “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr Departamentinin rəisi Anar Cəbrayıllı deyib.

"Eyni zamanda 5 şəhərin şəbəkəsindən su götürəcəyik. 3 çay-bulaq sularını toplayıb su çəkəcəyik. Ümumilikdə, 672 bulaq quraşdıracayıq, 8 ədəd su anbarı tikəcəyik, 21 ədəd su anbarını bərpa edəcəyik, 9 ədəd nasos stansiyası tikəcəyik", - o qeyd edib. 

A.Cəbrayıllının sözlərinə görə, bu il Ağdaş, Qəbələ, Daşkəsən, Xaçmaz, Xızı, Ağcabədi şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşası başa çatdırılacaq: "Hazırda Xaçmazda demək olar ki işimizi bitirmişik. Bütün su kanalizasiya şəbəkəsini tikib qurtarmışıq. Eyni zamanda, inzibati binanın tikintisi də yekunlaşıb. Sadəcə mebellərin quraşdırılması qalıb. Bundan başqa, Xızıda da işlərimiz yekunlaşmaq üzrədir. İnzibati binanın tikintisi davam edir. Daşkəsəndə xəttin tikintisi və bir də nasos stansiya qalıb. Orda işləri yay aylarına yekunlaşdırmağı planlaşdırırıq. Ağdaşda işlərimiz yekunlaşmaq üzrədir və yaya qurtarmağı planlaşdırırıq".

O, ölkədə tikiən tullantı sutəmizləyici qurğularındakı son vəziyyət barədə də məlumat verib: "Bakının Pirşağı qəsəbəsində işlərin yarıya qədəri icra edilib. Burada avadanlıqların 90%-i Koreyadan idxal edilib. Göyçay sutəmizləyici qurğusu ilə bağlı işlər demək olar ki, yekunlaşıb. Qəbələdə sutəmizləyici qurğusu ilə bağlı əsas işlər yayda davam etdiriləcək. 10-dan çox şəhərdə isə belə qurğuların tikintisinə başlanılacaq. Hazırda bununla bağlı tender gedir, qalib müəyyənləşdikdən sonra işlərə başlanılacaq. Həmin şəhərlər- Xaçmaz, Xızı, Beyləqan, Ağcabədi,Tərtər, Gədəbəy, Ağdaş, Naftalan, Gəncə, Şəkidir".

"Azərsu "ASC rəsmisi həmçinin bildirib ki, Şamaxı, Gədəbəy, Lerik, Tovuz və Ağstafa şəhərləri üçün alternativ mənbələrinin yaradılması istiqamətində işlərə başlanılıb. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259