SOSİUM

Çaylarda sululuq səviyyəsi dəyişib
09 APREL
138

Çaylarda sululuq səviyyəsi dəyişib

2018-04-09 11:04:00

Respublika çaylarında son günlər üzrə sululuq səviyyəsi açıqlanıb. Fins.az xəbər verir ki, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-170, Kiçik Qafqazın çaylarında 120-160, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edib.

Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 431 m3/s olmaqla ongünlük normanın 92 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 210 m3/s olmaqla ongünlük normanın 45 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 29 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 199 m3/s olmaqla, ongünlük normanın 144 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 73 m3/s təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279