SOSİUM

Azərbaycanda yeni medal təsis edilib
03 APREL
232

Azərbaycanda yeni medal təsis edilib

2018-04-03 15:08:00

 Azərbaycanda "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı təsis olunub.

Fins.az-ın xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu şəxslər təltif olunacaqlar.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256