SOSİUM

“Abituriyent” jurnalının 2-ci nömrəsini çap edilib
02 APREL
472

“Abituriyent” jurnalının 2-ci nömrəsini çap edilib

2018-04-02 12:38:00

“Abituriyent” jurnalının 2-ci nömrəsində 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, ixtisaslar üzrə müsabiqə şərtləri, "Abituriyentin elektron ərizəsi" formasının doldurulma qaydası və nümunəsi, "Şəxsi kabinet"in yaradılması və istifadə qaydası, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və digər zəruri materiallar dərc edilmişdir

Bu nömrədə, həmçinin 2017-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, imtahan fənləri üzrə bəzi test tapşırıqlarının izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodiki məqalə dərc olunmuşdur.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

  • Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.

  • Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259